Gədəbəy Rayon Polis Şöbəsinin yeni inzibati binasının açılışı oldu
Sentyabrın 27-də Gədəbəy Rayon Polis Şöbəsinin yeni inzibati binasının açılışına həsr olunmuş tədbir keçirilib. İnşasına 2013-cü ildən başlanan 3 mərtəbəli inzibati bina 2014-cü ilin sentyabr ayında sona çatdırılmışdır. Ən müasir standartlara uyğun olan binanın bütün otaqları zəruri avadanlıq, inventar və kommunikasiyalarla təchiz edilib, növbətçi hissə, yeməkxana və digər xidməti otaqlar istifadəyə verilib. Binada mərkəzi istilik sistemi, rabitə-kommunikasiya xətləri quraşdırılıb, digər yardımçı sahələr yaradılıb. Ərazi hasarlanıb, abadlaşdırma, yaşıllaşdırma və xarici işıqlandırma işləri yerinə yetirilib.
Tədbirdə daxili işlər nazirinin müavini, polis general-leytenantı Vilayət Eyvazov və Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Yediyarov iştirak ediblər.