16 sentyabr 2014-cü il tarixdə “Gec qalmayın, Gənc qalın!” adlı layihənin tərkib hissələrindən biri olan “İlk Tibbi Yardıma” dair konfrans keçirildi.
Gədəbəy rayon Aşıqlar evində “Gənc İstedadların Maarifləndirmə və İnkişafına Dəstək İctimai birliyi, Azərbaycan Respublikası Prezidenti Yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Gec qalmayın, Gənc qalın!” adlı layihənin tərkib hissələrindən biri olan “İlk Tibbi Yardıma” dair konfrans keçirildi. Konfransda Gədəbəy RİH başçısının birinci müavini Qüdrət Paşayev, RİH başçısı aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin məsul işçiləri, Akademik Z.Əliyeva adına Gədəbəy MRX-nın baş həkimi Ramiz Pirverdiyev, Təhsil şöbəsinin müdiri Baxış Nağıyev, Gənclər və İdman İdarəsinin rəis müavini Samir Vəliyev, Gənc istedadların Maarifləndirmə və İnkişafına Dəstək İctimai birliyinin sədri Elçin Manafov, Medicus Tibb Mərkəzinin əməkdaşı Kəmalə Məmmədova və rayonun 4 ümumtəhsil məktəblərindən hər birindən 25 nəfər olmaqla 100 nəfər şagird iştirak edirdi.