Gədəbəydə müstəqilliyimizin bərpasının 20-ci ildönümünə həsr edilmiş sərgi açılmışdır
12 oktyabr 2011 | 15:00
Gədəbəydə Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr edilmiş sərgi açılmışdır.
Mərkəzi mədəniyyət evində təşkil olunmuş sərginin açılış mərasimində Prezident İlham Əliyevin Gədəbəyə səfərlərindən bəhs edən videofilmin nümayişi olmuşdur. Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı K.Rzazadə Azərbaycanın son 20 ildə keçdiyi inkişaf yolu barədə məlumat vermişdir.
Sərgidə Azərbaycan və rus mətbəxləri, rayon haqqında nəşr olunmuş kitablar, Gədəbəyin təbii sərvətlərindən nümunələr nümayiş olunmuşdur.