Şriftin ölçüsü :

Saytın rəngi :

03 sentyabr 2014-cü il tarixdə Gədəbəy rayon İcra Hakimiyyəti Başçısı Ramiz Yediyarov rayonun sərhəd kəndlərindən olan Arabaçı kənd İƏD üzrə nümayəndəliyinin Fərzalı kəndində kənd əhalisi ilə görüşdə olmuşdur.

03 sentyabr 2014 | 15:00

Qəbulda Arabaçı və Fərzalı  kənd sakinləri,  inzibati ərazi dairəsi üzrə nümayəndə, bələdiyyə sədri, hüquq mühafizə orqanları və xidmət  təşkilatlarının rəhbərləri iştirak etmişdir. Görüşdə  Gədəbəy  rayon İcra Hakimiyyəti Başçısı Ramiz Yediyarov  Prezident cənab İlham Əliyevin yürütdüyü məqsədyönlü daxili və xarici siyasətdən, əldə olunmuş uğurlardan danışmış, rayonda əhalinin sosial  rifahının yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərdən, respublikada və rayonda aparılan geniş tikinti – quruculuq, abadlıq işlərindən bəhs etmişdir.     RİH Başçısı  Ramiz Yediyarov  çıxışında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Gədəbəy rayonunun Qarıkənd-Miskinli-Çalburun və Qızıltorpaq-Ağbaşlar avtomobil yollarının tikintisi ilə bağlı imzaladığı Sərəncamın icrasının uğurla başa çatmasından Gədəbəy-Nosaratovka-Qaravəlilər avtomobil yolunun qalan   hissəsinin və Çay Rəsullu kəndindindəki  körpünun inşasının yaxın günlərdə başa çatmasını qeyd etdi.  Bütün bu işlərin  ölkə başçısının vətəndaşlara göstərdiyi diqqət və qayğının təzahürü kimi  qiymətləndirildi.
RİH başcısı bildirdi ki, belə qəbulların keçirilməsi olduqca təqdirəlayiq haldır. Məqsəd xalq-dövlət münasibətlərində sıx əlaqə, körpü yaratmaqdır. Ölkəmiz Prezident İlham Əliyev cənablarının rəhbərliyi altında gün-gündən gözəlləşir, inkişaf edir. Bu inkişaf hər bir vətəndaşımızın daha yaxşı yaşamasını, problemsiz həyat sürməsini təmin edir . Görüşdə kənd sakinlərinin qaldırdığı digər problemlər ilə maraqlanan və onları dinləyən RİH Başçısı yerindəcə aidiyyatı orqanlara lazimi göstəriş  verdi.

Keçidlər