Şriftin ölçüsü :

Saytın rəngi :

21 avqust 2014-cü il tarixdə Gədəbəy rayonunda İdarə, müəssisə və təşkilatlarda mülkü müdafiə vəziyyətinin yoxlanılması məqsədilə tədbir keçirilmişdir.

21 avqust 2014 | 15:00

Tədbirdə Gədəbəy rayon İcra Hakimiyyətinin  başçısı Ramiz Yediyarov və   FHN-nin Mülkü Müdafiə Qoşunlarının mülkü müdafiə idarəsinin rəisi  Vüsal Tahirov   iştirak etmişdir.   Rayonun əksər idarə,müəssisə , təşkilatları  kollektivləri və texnikaları ilə birlikdə tədbirə cəlb olunmuşdür.
Tədbirin keçirilməsində  məqsəd   idarə, müəssisələrin  əməkdaşlarına texnogen xarakterli fövqəladə halların baş vermə səbəbləri və bu zaman davranış qaydaları, müəssisə və təşkilatlarda yanğın təhlükəsizliyi  qaydalarının  tələbləri, hidroqurğularda baş verən qəzaların səbəbləri, mülki müdafiə işinin təşkili, təxliyyə üsulları, kollektiv mühafizə qurğuları, elektrik təsərrüfatında baş verən qəzalar zamanı davranış qaydaları, yanğınlar zamanı təhlükəsizlik  tədbirləri haqqında biliklərin aşılanması olmuşdur.

Keçidlər