20 avqust 2014-cü il tarixdə Gədəbəy rayon İcra Hakimiyyəti Başçısı Ramiz Yediyarov rayonun Əlinağılar kənd İƏD üzrə nümayəndəliyinin Arısu kəndində kənd əhalisi ilə görüşdə olmuşdur.
Qəbulda Əlnağılar və Arısu kənd sakinləri, inzibati ərazi dairəsi üzrə nümayəndə, bələdiyyə sədri, hüquq mühafizə orqanları və xidmət təşkilatlarının rəhbərləri iştirak etmişdir.
Görüşdə Gədəbəy rayon İcra Hakimiyyəti Başçısı Ramiz Yediyarov Prezident cənab İlham Əliyevin yürütdüyü məqsədyönlü daxili və xarici siyasətdən, əldə olunmuş uğurlardan danışmış, rayonda əhalinin sosial rifahının yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərdən, respublikada və rayonda aparılan geniş tikinti – quruculuq,
abadlıq işlərindən bəhs etmişdir.
Ölkə başçısı cənab İlham Əliyevin vətəndaşların müraciətlərinə həssas münasi-bət göstərmək, problemlərini həll etmək tapşırığının rayonda diqqət mərkəzində saxlanıldığını bildirən Ramiz Yediyarov kənd sakinlərinin şikayət və təkliflərini dinləmişdir.
Vətəndaşların müraciətləri əsasən kənd yollarının təmiri, telefon xəttinin çəkilməsi və digər məsələlərlə bağlı olmuşdur.
Qəbul zamanı vətəndaşlar tərəfindən qaldırılmış problemlərin həlli ilə bağlı aidiyyatı təşkilat rəhbərlərinə tapşırıqlar vermişdir.
Qəbula gələn vətəndaşlar dövlət başçısının siyasətindən və onlar üçün yaradılan imkanlardan və göstərilən qayğıdan razı qaldıqlarını bildirmişlər.