16 avqust 2014-cü il tarixdə 3 min ildən artıq tarixi olan Gədəbəyin bir inzibati rayon kimi təşkil olunmasının 84-cü il dönümü ilə bağlı "Müasir Gədəbəy - Gədəbəy ziyalılarının gözü ilə" mövzusunda ümumrayon toplantısı keçirilmışdir.
Tədbirə dəvət olunmüş əslən Gədəbəyli ziyalılar öncə Heydər Əliyev parkında Heydər Əliyevin abidəsi önünə gül-çiçəklər düzdülər. Sonra Gədəbəy rayon Mədəniyyət və turizm şöbəsinin iclas zalında tədbirin rəsmi hissəsi başladı.
Tədbiri giriş sözü ilə açan Gədəbəy rayon icra hakimiyyətinin başçısı Ramiz Yediyarov dəvət olunmumuş Gədəbəy ziyalılarını və tədbir iştirakçılarını 3 min ildən artıq tarixi olan Gədəbəyin bir inzibati rayon kimi təşkil olunmasının 84-cü il dönümü münasibətilə təbrik etdi. O bildirdi ki, Azərbaycan Respubliksanın Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən 13 km-lik Qarıkənd-Miskinli-Çalburun və 5 km-lik Qızıltorpaq-Ağbaşlar avtomobil yolları tikilərək istifadəyə verilib, rayonun Ermənistanla sərhəd bölgəsində yerləşən Qaravəlilər kəndinədək olan 56 km-lik Gədəbəy-Novosaratovka-Qaravəlilər yolunun tikintisi başa çatmaq üzrədir. Son üç il ərzində «Fındıqlı» və «Çolpan» çayları üzərində strateji əhəmiyyətə malik iki nəhəng körpü tikilib. Hal-hazırda Rayon Polis Şöbəsi, baytarlıq idarəsi və Fövqəladə Hallar Nazirliyinin Dövlət yanğından mühafizə hissəsi üçün yeni inzibati binaların tikintisi başa çatıb, son tamamlama işləri aparılır. İstedadlı uşaqların inkişafı üçün Uşaq yaradıcılıq mərkəzi tikilib. Şəhərin 20 yanvar küçəsi yenidən qurulub və şəhərin mərkəzində mini park istifadəyə verilib, saat qülləsi tikilib, müasir işıqlandırma sistemi quraşdırılıb. Bununla yanaşı, 110 kv-luq Zəyəm-Gədəbəy hava elektrik verilişi xəttinin tikintisi də uğurla davam etdirilir.
Gədəbəy şəhərində Heydər Əliyev mərkəzinin, Bayraq meydanının, Gənclər mərkəzinin, Gədəbəy rayonu İcra Hakimiyyətinin yeni inzibati binasının və Şınıx zonasında yeni müasir xəstəxananın tikintisi nəzərdə tutulur. Son üç ildə 5 məktəb binası yenidən tikilib, hal-hazırda İsalı və Moruxlu kəndlərində 180 şagird yerlik məktəb binalarının, Gədəbəy şəhərində və Novosaratovka kəndlərində uşaq bağçalarının tikintisi davam etdirilir.
Daha sonra dəvət olunmuş ziyalıların əksəriyyəti Gədəbəyin tarixindən geniş məzmunlu çıxış edərək hal hazırda rayonda aprılan abadlıq quruculuq işləri barədə öz müsbət fikirlərini bildirərək Azərbaycan Respubliksanın Prazidenti cənab İlham Əliyevə öz minnətdalıqlarını bildirdilər və ziyalıların bu tədbirə dəvət olunaraq, hər bir görülən işlə yaxından tanış olunmasını təşkil etdiyinə görə Gədəbəy rayon İçra hakimiyyətinin başçısına öz minnətarlıqlarını bildirdilər.
Tədbirdə ziyalılar bəzi təkliflər irəli sürdülər. Toplantıda iştirak edən Gədəbəy ziyalılarının Azərbaycan Respubliksanın Prezidenti Zati-Aliləri cənab İlham Əliyevə müraciətləri oxundu.
Saat 19:00-da Ziyalılarımız Gədəbəy şəhərində yenidən qurulmuş Heydər Əliyev adına mədəniyyət və istirahət parkını gəzərək orada uşaqların istirahəti və əyləncəsi üçün quraşdırılmış avadalıqlarla, parkda təşkil olunmuş Gədəbəy məhsullarından ibarət sərgi ilə tanış oldular.
Saat 21:00 da tədbirin bədii hissəsi Gədəbəy şəhərində yeni tikilmiş "Anfiteatr"-ın ( Yaşıl teatrın) açılışı və konsert proqramı başladı , ecazkar professional səhnə ilk çıxışçılarını qəbul etdi və böyük məmnuniyyətlə Anfiteatr Gədəbylilərin və dəvət olunmuş sənətçilərin ixtiyarına verildi. Tədbirdə 1500 nəfərdən çox əhali işdirak etdi. Tədbir atəşfəşanlıqla başa çatdı.