Şriftin ölçüsü :

Saytın rəngi :

Şagirdlərə Azərbaycanın hər bölgəsinə daha yaxından bələd olmağa imkan verən “Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində Gədəbəydən olan 40 şagird Qubaya yollandı.

13 avqust 2014 | 15:00

Şagirdlərə Azərbaycanın hər bölgəsinə daha yaxından bələd olmağa imkan verən “Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində Gədəbəydən olan 40 şagird Qubaya yollandı. Yolasalma mərasimini   giriş sözü ilə açan Gədəbəy rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Qüdrət Paşayev  şagirdləri ekskursiya haqqında ətraflı məlumatlandırmış,  ekskursiyanın əhəmiyyəti, ölkənin sosial-iqtisadi  inkişafı, dövlətin gənc nəslə qayğısı haqqında danışmışdır. Müəllim və valideyinlər bu tədbirin həyata  keçirilməsi və əhəmiyyətini qeyd edərək ölkə başçısına öz dərin minnətdarlıqlarını bildirmişlər.   Şagirdlər yola düşməzdən əvvəl Gədəbəy rayonunda  Heydər Əliyev adına   parkda  Ulu öndərin abidəsi qarşısına güllər düzdülər. Bildirildi ki, aksiya zamanı şagirdlər Azərbaycanın ayrı-ayrı bölgələri haqda zəngin məlumatlar əldə edəcəklər.   Qrupa daxil olan şagirdlərə 4 gün ərzində gedəcəkləri rayonlardakı tarixi yerlər, Heydər Əliyev mərkəzləri və tarix-diyarşünaslıq muzeyləri ilə yaxından tanış olacaqlar . Beləliklə Gədəbəyin  40 nəfər  məktəblisi Qubaya yola düşdü. Onlar avqustun 16-sı  geri qayıdacaqlar.

Keçidlər