07 avqust 2014-cü il tarixdə Gədəbəy RİH Başçısı Ramiz Yediyarov Plankənd kənd mədəniyyət evində kənd sakinləri ilə görüş keçirmişdir.
7 avqust 2014-cü il tarixdə Gədəbəy RİH Başçısı Ramiz Yediyarov Plankənd kənd mədəniyyət evində kənd sakinləri ilə görüş keçirmişdir. Tədbirdə rayonun idarə, müəssisə, hüquq mühafizə orqanlarının rəhbərləri və kənd sakinləri iştirak etmişlər. RİH Başçısı Ramiz Yediyarov çıxışında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Gədəbəy rayonunun Qarıkənd-Miskinli-Çalburun və Qızıltorpaq-Ağbaşlar avtomobil yollarının tikintisi ilə bağlı imzaladığı Sərəncamın icrasının uğurla başa çatmasını və Gədəbəy-Nosaratovka-Qaravəlilər avtomobil yolunun qalan 8 km hissəsinin yaxın günlərdə başa çatmasını qeyd edərək və gələcəkdə rayonda həyata keçiriləcək bəzi layihələr barədə məlumat verdi. Bütün bu işlərin ölkə başçısının vətəndaşlara göstərdiyi diqqət və qayğının təzahürü kimi qiymətləndirildi. RİH başcısı bildirdi ki, belə qəbulların keçirilməsi olduqca təqdirəlayiq haldır. Məqsəd xalq-dövlət münasibətlərində sıx əlaqə, körpü yaratmaqdır. Ölkəmiz Prezident İlham Əliyev cənablarının rəhbərliyi altında gün-gündən gözəlləşir, inkişaf edir. Bu inkişaf hər bir vətəndaşımızın daha yaxşı yaşamasını, problemsiz həyat sürməsini təmin edir . Görüşdə kənd sakinlərinin qaldırdığı digər problemlər ilə maraqlanan və onları dinləyən RİH Başçısı yerindəcə aidiyyatı təşkilatlara lazımi göstəriş verdi.
Bir neçə kənd ağsaqqalları çıxış edərək Gədəbəy rayonunda aparılan abadlıq quruculuq işlərinə və onlara göstərilən diqqətə, qayığıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Gədəbəy RİH başçısına öz minnətarlıqlarını bildirdilər.