Şriftin ölçüsü :

Saytın rəngi :

25 iyul 2014-cü il tarixdə Gədəbəy rayon Məşğulluq Mərkəzi Gədəbəy rayon İcra Hakimyyəti ilə birlikdə Gədəbəy rayonunun Mədəniyyət evinin foyesində «Əmək Yarmarkası» keçirmişdir

25 iyul 2014 | 15:00

  25 iyul 2014-cü il tarixdə Gədəbəy rayon Məşğulluq Mərkəzi Gədəbəy rayon İcra Hakimyyəti ilə birlikdə Gədəbəy rayonunun Mədəniyyət evinin foyesində «Əmək Yarmarkası» keçirmişdir. «Əmək Yarmarkası»nda rayon İcra Hakimyyəti Başçısı Aparatının Sosial-iqtisadi İnkişafın Təhlili və Proqnozlaşdırılması şöbəsinin müdiri, Başçının müavini V.K.Musayev və rayon ərazisində  fəaliyyət göstərən  idarə,müəssisə və təşkilat rəhbərləri iştirak etmişlər. 

     “Əmək Yarmarkası”nın keçirilməsi ilə bağlı əvvəlcədən Gədəbəy rayonunun yerli mətbuat orqanı olan “Qızıl Gədəbəy” qəzetində elan verilmiş, həmçinin  rayonda əhalinin kütləvi toplaşdığı yerlərdə elan lövhələri asılmışdır.
   “Əmək Yarmarkası”na  39  müəssisədən  (26 dövlət, 1 qeyri dövlət, 12 fiziki şəxs)  281 iş yeri təqdim olunmuşdur. Yarmarkada 240-a yaxın işaxtaran və işsiz vətəndaş iştirak etmişdir. Təqdim olunmuş vakant iş yerlərindən 60 fəhlə peşələri , 221-i isə  qulluqçu vəzifələri olmuşdur.
      Təqdim olunmuş iş yerlərinə 59 nəfərə göndəriş verilmiş, 15 nəfərin peşə hazırlığı kursuna  cəlb edilməsi nəzərdə tutulmuşdur.

Keçidlər