Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon İcra Hakimiyyəti tərəfindən 2 fevral – Azərbaycan Gəncləri Günü münasibətilə “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda tədbir təşkil edilmişdir.

02 fevral 2023 | 17:00
Rayon İcra Hakimiyyəti tərəfindən 2 fevral – Azərbaycan Gəncləri Günü münasibətilə “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda tədbir təşkil edilmişdir.
Tədbir iştirakçıları öncə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.
Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlayan tədbirdə ulu öndər Heydər Əliyevin, eləcə də ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizədə canlarını qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra 2 fevral – Azərbaycan Gəncləri Gününə həsr edilmiş videoçarx nümayiş olunub.
Rayon İcra Hakimiyyətinin başçısı Orxan Mürsəlov 2 fevral – Azərbaycan Gəncləri Günü münasibəti ilə rayon gənclərini təbrik etmiş, eyni zamanda cənab Prezident İlham Əliyevin Ulu Öndərin gənclər siyasətinə sadiqliyini öz qərarları ilə təsdiq etdiyini, gənclərin mənəvi inkişafı, vətənpərvərlik tərbiyəsi, xarici ölkələrdə təhsili, sosial müdafiəyə ehtiyacı olanların problemlərinin həlli istiqamətində görülən işlər, gənclər təşkilatlarının formalaşması və inkişafı üçün yaradılan şəraitin bu sahəyə göstərilən böyük diqqətin nəticəsi olduğunu qeyd etmişdir.
Tədbir yerli musiqiçilərin ifalarından ibarət konsert proqramı ilə davam etmiş, rayonun ictimai həyatında fərqlənən gənclər mükafatlandırılmışdır.
Sonda gənclərlə xatirə şəkili çəkdirilmişdir.
Keçidlər