Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon İcra Hakimiyyətinin başçısı Orxan Mürsəlov Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyilə həyata keçirilən "Qarabağı Tanıt!" layihəsi çərçivəsində təşkil edilmiş rəsm sərgisində iştirak etmişdir

27 yanvar 2023 | 16:31
Rayon İcra Hakimiyyətinin başçısı Orxan Mürsəlov Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyilə həyata keçirilən "Qarabağı Tanıt!" layihəsi çərçivəsində təşkil edilmiş rəsm sərgisində iştirak etmiş, cənab Prezident İlham Əliyev tərəfindən gənclərə göstərilən diqqət və qayğıdan danışmış, iştirakçılar bu dəstəyə görə ölkə rəhbərliyinə minnətdarlıqlarının çatdırılmasını xahiş etmişdirlər.
Sərgidə Gədəbəy Rayon Uşaq-İncəsənət Məktəbinin və Gədəbəy Rayon Uşaq-Gənclər İnkişaf Mərkəzinin şagirdləri tərəfindən hazırlanmış Qarabağın təbiətini, mədəniyyətini, zəngin tarixi abidələrini, eyni zamanda, vətənpərvərliyi özündə əks etdirən yaradıcılıq nümunələri nümayiş etdirilmişdir.
Keçidlər