Gədəbəydə “20 Yanvar” faciəsinin 33-cü ildönümü yad edilib
20 yanvar 2023 | 09:10
20 Yanvar - Ümumxalq Hüzn Gününün 33-cü ildönümündə Rayon İcra Hakimiyyətinin başçısı Orxan Mürsəlov rayonun hüquq mühafizə orqanları, idarə, müəssisə və təşkilatların kollektivləri, şəhid ailələri, müharibə iştirakçıları və rayon ictimaiyyətinin nümayəndələri ilə birlikdə şəhidlərimizin əziz xatirəsini yad etmiş, onların ruhuna dualar oxunmuş və bir dəqiqəlik sükut elan olunmuşdur.
Rayon ictimaiyyəti adından bütün şəhidlərimizə Uca Tanrıdan rəhmət diləyirik.