Rayon İcra Hakimiyyətinin başçısı Qazax-Tovuz Regional Təhsil İdarəsinin rəhbərliyi ilə birlikdə Slavyanka kənd Xitab İsmayılov adına 2 saylı tam orta məktəbinin 130 illik yubiley tədbirində iştirak etmişdir. Tədbirdə məktəbin kollektivi və fəxri məzunları da iştirak etmişdir.
08 dekabr 2022 | 10:53

RİH başçısı çıxışı zamanı ölkədə təhsilin inkişafından, cənab Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın bu sahəyə göstərdikləri xüsusi diqqət və qayğıdan danışmış, məktəbin uğurlarının gələcəkdə də davamlı olması üçün öz səmimi arzularını çatdırmışdır.
Məlumat üçün bildiririk ki, 1892-ci ildə fəaliyyətə başlayan məktəb Heydər Əliyev Fondunun təşəbbüsü ilə 2012-ci ildə 360 şagird yerlik olmaqla yenidən inşa edilmişdir. Rayonun ümumtəhsil məktəbləri arasında Slavyanka kənd Xitab İsmayılov adına 2 saylı tam orta məktəbinin nəticələri hər zaman təqdirəlayiq olmuşdur.