Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon İcra Hakimiyyətinin başçısı özəl sektorun, xüsusilə də sahibkarlığın inkişafına lazımi dəstək göstərilməsi, onların qayğılarının, təklif və istəklərinin öyrənilməsi məqsədi ilə sahibkar Qəmbərov Mübariz Siyaş oğluna məxsus əvvəllər çörəkbişirmə müəssisəsi kimi fəaliyyət göstərmiş, sonradan fəaliyyəti dayandırılmış obyektin ərazisi ilə yerində tanış olmuşdur.

08 dekabr 2022 | 10:49
Rayon İcra Hakimiyyətinin başçısı özəl sektorun, xüsusilə də sahibkarlığın inkişafına lazımi dəstək göstərilməsi, onların qayğılarının, təklif və istəklərinin öyrənilməsi məqsədi ilə sahibkar Qəmbərov Mübariz Siyaş oğluna məxsus əvvəllər çörəkbişirmə müəssisəsi kimi fəaliyyət göstərmiş, sonradan fəaliyyəti dayandırılmış obyektin ərazisi ilə yerində tanış olmuşdur. Dövlətimizin kiçik və orta biznesin inkişafı, qeyri-neft sektorunda innovativ texnologiyalara əsaslanan yeni istehsal, emal və infrastruktur müəssisələrinin yaradılması, ixrac əməliyyatlarının maliyyələşdirilməsi, real sektora investisiya qoyuluşlarının sürətləndirilməsi və özəl sektorda fəaliyyət göstərən təsərrüfat subyektlərinin maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi üçün sahibkarlara yaratdığı münbit şəraitdən yararlanaraq müəssisənin yenidən fəaliyyətə başlaması barədə müzakirələr aparılmış, mütərəqqi texnologiyalar tətbiq edilməklə rayonun və regionun tələbatını ödəyə biləcək yeni məhsul çeşidlərinin istehsal edilməsi istiqamətində layihələrin işlənib təqdim edilməsi ilə bağlı müvafiq tövsiyələr vermişdir.
Rayon İcra Hakimiyyəti olaraq sahibkarlığın inkişafı üçün qanunvericiliyin tələbləri çərçivəsində bütün təşəbbüsləri dəstəkləyirik.
Keçidlər