Rayon İcra Hakimiyyətinin başçısı Orxan Mürsəlov Şəkərbəy və Heydərli kənd sakinləri ilə növbəti səyyar qəbul keçirmişdir.
08 dekabr 2022 | 18:15
Rayon İcra Hakimiyyətinin başçısı Orxan Mürsəlov rayonun hüquq mühafizə orqanları, idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirakı ilə Şəkərbəy kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyin Şəkərbəy və Heydərli kənd sakinləri ilə növbəti səyyar qəbul keçirmişdir. Sakinlərin sualları cavablandırılmış, onları narahat edən bəzi məsələlərin araşdırılması üçün aidiyyəti üzrə tapşırıq verilmişdir.