Şriftin ölçüsü :

Saytın rəngi :

Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 30 illiyi münasibətilə Gədəbəy rayonunda ağacəkmə aksiyası keçirilmişdir.

11 noyabr 2022 | 11:01
Azərbaycanın tarixinə unudulmaz və möhtəşəm bir gün kimi daxil olan 1992-ci il 21 noyabr tarixi ölkəmizin ictimai-siyasi həyatında yeni başlanğıc nöqtəsi sayılır. Ümummilli lider Heydər Əliyevin rəhbərliyi və ideyaları əsasında qurulan Yeni Azərbaycan Partiyasının 30 illik inkişaf tarixi göstərdi ki, partiyanı yaradanlar, bu partiyanın təməl daşını qoyanlar yeni müstəqil dövlətimizin siyasi-iqtisadi, sosial-mədəni inkişafının istiqamətini müəyyən etməklə öz seçimlərində yanılmamışlar. Yarandıqdan bu günə qədər çox böyük, şərəfli və uğurlu inkişaf yolu keçən YAP ötən müddət ərzində ümumxalq partiyasına çevrilərək möhtəşəm nailiyyətlər əldə etmişdir. Bu gün partiya sıralarında 770 mindən çox üzv vardır.
Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 30 illiyi münasibətilə Gədəbəy rayonunda ağacəkmə aksiyası keçirilmişdir. Aksiyada Rayon İcra Hakimiyyətinin başçısı, YAP rayon təşkilatının sədri, İdarə Heyətinin üzvləri, partiya fəalları və ictimaiyyət nümayəndələri iştirak etmişdir.
Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır.
(Heydər Əliyev)
Keçidlər