Şriftin ölçüsü :

Saytın rəngi :

Gədəbəy Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə milli ləyaqətimizin rəmzinə çevrilən Zəfər Günü təntənəli şəkildə qeyd edilmişdir.

08 noyabr 2022 | 18:12
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusu Ermənistanın 30 illik hərbi işğal və anneksiya siyasətinə 44 gün davam edən Vətən müharibəsi nəticəsində son qoydu. Xalqımız üçün böyük əhəmiyyət kəsb edən və rəmzi məna daşıyan Şuşa şəhərinin 2020-ci il noyabrın 8-də işğaldan azad edilməsi müharibənin taleyində həlledici rol oynadı. Milli qürurumuzun təntənəsinə çevrilən, dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən məhz bu tarix cənab Prezident İlham Əliyevin 2020-ci il 3 dekabr tarixli Sərəncamı ilə Zəfər Günü kimi əbədiləşdirilmişdir.
Azərbaycan xalqının əzmi və iradəsi, iqtisadi gücü, müasir ordu quruculuğu və xalq-iqtidar birliyi ölkəmizin qələbəsini təmin edən mühüm amillər oldu. Ulu əcdadlarımızın zəngin dövlətçilik və hərb tarixindən ilhamlanan Azərbaycan xalqı daha bir şanlı qəhrəmanlıq salnaməsi yazaraq, özünün qalib xalq olduğunu bütün dünyaya sübut etdi və düşmən üzərində tarixi zəfər çaldı.
Gədəbəy Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə milli ləyaqətimizin rəmzinə çevrilən Zəfər Günü təntənəli şəkildə qeyd edilmişdir.
Əziz və doğma gədəbəylilərimiz sevincimizi bizimlə bölüşdüyünüz üçün hər birinizə dərin minnətdərlığımızı bildirir, xalqımıza yaraşan zəfərlərimizin davamlı olmasını arzulayırıq.
Keçidlər