Gədəbəy rayonunda Yeni Azərbaycan Partiyasının (YAP) təsis edilməsinin 30-cu ildönümü münasibətilə tədbir keçirilib.
20 oktyabr 2022 | 10:46
Gədəbəy rayonunda Yeni Azərbaycan Partiyasının (YAP) təsis edilməsinin 30-cu ildönümü münasibətilə tədbir keçirilib.
Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib.
Tədbir Heydər Əliyev Mərkəzində davam edib.
Azərbaycanın Dövlət Himni səsləndirilib, müasir, müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin və müstəqilliyimizin, ərazi bütövlüyümüzün təmin olunması yolunda canlarından keçən Vətən oğullarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Yeni Azərbaycan Partiyasının 30 illik fəaliyyətini özündə əks etdirən film nümayiş olunub.
Tədbirdə geniş məruzə ilə çıxış edən YAP Gədəbəy rayon təşkilatının sədri Rüstəm Nağıyev bildirib ki, Yeni Azərbaycan Partiyası tarixi zərurətdən yaranmış partiyadır. Bu gün Yeni Azərbaycan Partiyası Cənubi Qafqazın ən güclü siyasi qüvvəsidir. O bildirib ki, Azərbaycan xalqı əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi siyasəti tam dəstəkləyir. Yeni Azərbaycan Partiyasının Ümummilli Liderin ideyaları əsasında və Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə tarixi uğurlara imza atdığını, zəngin və şərəfli inkişaf yolu keçdiyini diqqətə çatdırıb.
Yeni Azərbaycan Partiyası Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova vurğulayıb ki, ümummilli liderimiz Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyası ötən 30 ildə böyük inkişaf yolu keçib. Partiyamızın Sədri, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dinamik inkişaf edir. Ötən illərin xronologiyasına diqqət yetirdikdə Heydər Əliyev ideyalarına söykənən partiyamızın gücləndiyinin, nəinki ölkənin, hətta Cənubi Qafqaz regionunun aparıcı siyasi təşkilatına çevrildiyinin şahidi oluruq.
YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Pərvin Kərimzadə çıxışında ümummilli lider Heydər Əliyevin siyasi kursunu müasir dövrümüzün tələbləri əsasında davam etdirən partiyamızın Sədri, Prezident İlham Əliyevin Azərbaycana Zəfər bəxş etmiş Müzəffər Ali Baş Komandan olduğunu bildirib. O, partiyamızın Prezident İlham Əliyevin rəhbərliyi ilə inkişaf və qələbə yolunda əmin addımlarla irəlilədiyini söyləyib.
Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı Orxan Mürsəlov Azərbaycanın bu gününü dünəni ilə müqayisə edərək Heydər Əliyev yolunun hər zaman ölkəmizə davamlı uğurlar qazandırdığını bildirib: “Artıq bu gün qalib Azərbaycandan danışırıq. Bu sevinci bizə yaşadan dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevə, rəşadətli Azərbaycan Ordusuna minnətdarıq”.
44 günlük Vətən müharibəsinin iştirakçısı, qazi Etibar Əliyev bildirib ki, tarixi Zəfərimiz harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlını qürurlandırır: “Hər zaman Vətən üçün müsəlləh əsgər olmağımız bizim üçün ən böyük şərəf hissidir”.
Sonda YAP sıralarına yeni qoşulmuş gənclərə üzvlük vəsiqələri təqdim olunub.