Şriftin ölçüsü :

Saytın rəngi :

Gədəbəy rayonunda qadınların məşğulluğunun təmin edilməsi və onlara peşə bacarıqlarının öyrədilməsi məqsədi ilə Rayon İcra Hakimiyyətinin dəstəyi və Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited (AİMC) Şirkətinin təşəbbüsünə uyğun olaraq Korporativ Sosial Məsuliyyət siyasəti çərçivəsində xalçaçılıq təlim mərkəzi yaradılmışdır.

19 oktyabr 2022 | 09:35
Gədəbəy rayonunda qadınların məşğulluğunun təmin edilməsi və onlara peşə bacarıqlarının öyrədilməsi məqsədi ilə Rayon İcra Hakimiyyətinin dəstəyi və Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited (AİMC) Şirkətinin təşəbbüsünə uyğun olaraq Korporativ Sosial Məsuliyyət siyasəti çərçivəsində xalçaçılıq təlim mərkəzi yaradılmışdır. Rayon İcra Hakimiyyətinin başçısı sözügedən Mərkəzdə yaradılmış şəraitlə tanış olmuşdur.
Məlumat üçün bildiririk ki, xarici mütəxəssislər tərəfindən gündəlik 2 saat olmaqla təşkil edilən təlimlər pulsuzdur və heç bir yaş məhdudiyyəti yoxdur. Maraq göstərəcək şəxslər ən geci 1 ay müddətinə gərəkli olan peşə bacarıqlarına yiyələnə bilərlər. Daha sonra bu işi müstəqil şəkildə görmək istəyən şəxslər bütün lazımi avadanlıqlarla pulsuz şəkildə təmin ediləcəklər. Məhsulun satışının təşkilinə Rayon İcra Hakimiyyəti və Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited (AİMC) Şirkəti tərəfindən dəstək göstəriləcəkdir.
Dəyərli xanımlarımız, sizləri bu layihədən yararlanmağa dəvət edirik.
Mərkəzin ünvanı: Gədəbəy şəhəri, Cavanşir Ağayev küçəsi (Rayon Mərkəzi Xəstəxanasının yanı)
Əlaqə nömrəsi: 050-225-98-53
Keçidlər