Rayon İcra Hakimiyyətinin başçısı 5 Oktyabr – Beynəlxalq Müəllimlər Günüdə rayonun qabaqcıl məktəblərindən olan Çanaqçı kənd tam orta məktəbində olmuş, əlamətdar gün münasibəti ilə kollektivi təbrik etmişdir.
Rayon İcra Hakimiyyətinin başçısı 5 Oktyabr – Beynəlxalq Müəllimlər Günüdə rayonun qabaqcıl məktəblərindən olan Çanaqçı kənd tam orta məktəbində olmuş, əlamətdar gün münasibəti ilə kollektivi təbrik etmişdir.
Fəaliyyətlərində yüksək nəticə əldə etmiş məktəbin müəllimləri Bağırov Fərhad Qurban oğlu, Əhmədov Samir Vidadi oğlu, Qasımov Fuad Ramiz oğlu, Bayramova Şəhla Kami qızı və Əkbərova Səbirə Camal qızı fəxri fərmanla təltif edilmişdir.
RİH başçısı müəllimlərlə görüş zamanı ulu öndər Heydər Əliyevin “Bizim hər birimiz elmi dərəcəmizdən, biliyimizdən, təhsil səviyyəmizdən aslı olmayaraq bütün nailiyyətlərimizə görə məktəbə, müəllimə borcluyuq” fikirlərini vurğulayaraq cənab Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın ölkəmizdə elm və təhsilin inkişafına göstərdiyi diqqət və qayğıdan danışmışdır.
Məktəbin müəllimi Hüseynova Sədaqət Ramazan qızı cənab Prezidentin 04 oktyabr 2022-ci il tarixli sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edildiyinə görə ölkə rəhbərliyinə minnətdarlığının çatdırılmasını xahiş etmiş, dövlətin qayğısını hər zaman üzərlərində hiss etdiyini bildirmişdir.
Məlumat üçün bildiririk ki, 2021-2022-ci tədris ilində Çanaqçı kənd tam orta məktəbindən 14 nəfər şagird məzun olmuş, onlardan 2 nəfəri 600 baldan yüksək nəticə göstərməklə 9 nəfəri ali təhsil müəssisələrinə, 2 nəfəri isə kolleclərə qəbul olmuşdur.