Şriftin ölçüsü :

Saytın rəngi :

Gədəbəy Rayon Heydər Əliyev Mərkəzində Gədəbəy KOB dostu ofisinin fəaliyyətə başlaması ilə əlaqədar görüş keçirilmişdir.

01 oktyabr 2022 | 15:16
Gədəbəy Rayon Heydər Əliyev Mərkəzində Gədəbəy KOB dostu ofisinin fəaliyyətə başlaması ilə əlaqədar görüş keçirilmişdir. Görüşdə Rayon İcra Hakimiyyətinin başçısı Orxan Mürsəlov, Azərbaycan Respublikası Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov, sahibkarlar və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı Orxan Mürsəlov çıxışında "KOB Dostu"nun regionda sahibkarlığın, xüsusilə də kiçik və orta biznesin inkişafında əhəmiyyətini vurğulayıb.
Sahibkarlarla görüşdə KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov biznesə yerində dəstəyin təmin olunması baxımından KOB dostlarının fəaliyyətinin önəmini qeyd edib, effektiv dəstək mexanizmi kimi KOB dostlarının regionlarda sahibkarlığın inkişafına və biznesin qarşılaşdığı çətinliklərin operativ həllinə öz töhfəsini verdiyini vurğulayıb. Sahibkarlar KOB dostu ilə sıx əməkdaşlığa dəvət olunub.
Sahibkarlarla görüşlər çərçivəsində həmçinin, KOBİA-nın Gədəbəy üzrə Kiçik və Orta Biznesin dostu – KOB dostu rayonun biznes ictimaiyyətinə təqdim olunub.
Görüşlər çərçivəsində Agentlik tərəfindən KOB-lara göstərilən dəstək mexanizmləri barədə filmlər nümayiş olunub, sahibkarların təklifləri dinlənilib və onları maraqlandıran suallar cavablandırılıb.
Gədəbəy rayonunda KOB dostu ofisi Heydər Əliyev Mərkəzində yerləşir. KOB dostu ofisində sahibkarlara dəstək və xidmətlərin göstərilməsi üçün lazımi şərait yaradılıb. KOB dostu ilə birgə ofisdə “KOB könüllüləri” də fəaliyyət göstərir.
Keçidlər