Şriftin ölçüsü :

Saytın rəngi :

22 iyul 2014-cü il tarixdə Gədəbəy rayonunda Milli Mətbuat Günü münasibətilə tədbir keçirilmişdir

22 iyul 2014 | 15:00

Gədəbəy Rayon İcra Hakimiyyətinin  başçısı  Ramiz Yediyarov    tədbiri giriş sözü ilə açaraq mətbuat işçilərini peşə bayramı münasibətilə təbrik etmiş, Azərbaycan mətbuatının keçdiyi 139 illik şərəfli yoldan danışmışdır. Bildirmişdir ki, milli mətbuatımız ötən illər ərzində çox çətin şəraitdə fəaliyyət göstərsə də şərəfli yol keçmiş, bütün dövrlərdə qabaqcıl ideyaların carçısı və daşıyıcısı olmuşdur. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra mətbuatımız da bir sıra problemlərlə üzləşmişdir. Lakin Ümummilli liderimiz Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra mətbuatın problemlərinin həlli istiqamətində vacib addımlar atılmış, Azərbaycanın Konstitusiyasında mətbuat azadlığı təsbit olunmuş, senzura ləğv olunmuşdur. Qəzetlərin “Azərbaycan” nəşriyyatına olan borcları dondurulmuşdur. Ulu Öndərin siyasi kursunun ən layiqli davamçısı Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin təşəbbüsü ilə sonradan qəzetlərin nəşriyyata olan borcları dövlət büdcəsi hesabına ödənilmişdir.
  Tədbirdə iştirak edən mediya təmsilçiləri ölkə rəhbərinin mətbuata göstərdiyi diqqət və qayğıdan danışaraq diqqətə çatdırmışlar ki, dövlətimizin başçısı jurnalistlərin sosial-iqtisadi, mənzil-məişət problemlərinin həlli istiqamətində mütəmadi olaraq tapşırıq və göstərişlərini verir. Ötən il Milli Mətbuat Günü ərəfəsində jurnalistlər üçün 156 mənzilli binanın istifadəyə verilməsi bunun bariz nümunəsidir. 
Sonda bayram münasibətilə “Qızıl Gədəbəy” qəzetinin  işçilərinə  Gədəbəy Rayon İcra Hakmimiyyəti tərəfindən hədiyyələr təqdim olunmuşdur.

Keçidlər