Gədəbəy rayonunda 2014-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş tədbir keçirilmişdir.
Gədəbəy rayonunda 2014-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş tədbir keçirilmişdir. Tədbiri giriş sözü ilə açan RİH başçısı Ramiz Yediyarov müasir Azərbaycanın qurucusu Ümummilli lider Heydər Əliyev strategiyasının həyata keçirilməsi nəticəsində ölkədə siyasi və makroiqtisadi sabitliyə və dinamik sosial-iqtisadi inkişafın möhkəmlədirilməsinə nail olunmasından danışdı. RİH başçısı həmçinin bildirdi ki, son on ildə bütün sahələrdə böyük uğurlar qazanılmış, Azərbaycanın maliyyə imkanlarının artması,ölkəmizin transmilli layihələrin təşəbbüskarı və əsas iştirakçısı kimi çıxış etməsi,müasir tələblərə cavab verən infrastrukturun yaradılması, ən yeni texnologiyalara əsaslanan müəssisələrin fəaliyyətə başlaması, sahibkarlığın dəstəklənməsi, biznes mühitinin yaxşılaşdırılması Azərbaycanın dünyada nüfuzunun daha da artmasına, iqtisadiyyatın rəqabət qabiliyyətinin yüksəlməsinə, əhalinin həyat səviyyəsinin davamlı olaraq yaxşılaşdırılmasına səbəb olmuşdur.
2014-cü ilin birinci yarısında Gədəbəy rayonunda sosial infrastrukturun yaradılması ilə bağlı həyata keçirilən böyük işlər davam etmişdir. Samanlıq kəndində 180, Arıqdam kəndində 480 şagird yerlik tam orta məktəblər və Gədəbəy şəhərində Uşaq Yaradıcılıq Mərkəzi istifadəyə verilmiş, 180 şagird yerlik İsalı kənd tam orta məktəbinin, Gədəbəy şəhərində və Novosaratovka kəndində uşaq bağçalarının tikintisi davdam etdirlir.
Möhtərəm cənab Prezidentimizin müvafiq Sərəncamları ilə tikintisinə 2012-ci ilin sentyabr ayında başlanılmış 56 km olan Gədəbəy-Novosaratovka-Qaravəlilər avtomobil yolunun 48 km-i asfaltlaşdırlmış, 8 km-də isə qurunt işləri aparılmış, üzunluğu 13,3 km olan Qarıkənd-Miskinli-Çalburun və 5 km olan Qızıltorpaq-Ağbaşlar avtomobil yollarının tikintisi başa çatdırılmışdır.
Eyni zamanda rayonumuzda aparılan abadlıq işləri davam etdirilmişdir. Rayonun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair Cənab Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən şəhərin 20 yanvar küçəsi əsaslı şəkildə yenidən qurulmuş,müasir işıqlandırma sistemi quraşdırılmış, istinad divarları çəkilmişdir.
Heydər Əliyev parkının şimal-qərb hissəsində 1000 nəfər tamaşaçı tutumu olan “Amfiteatr”da son tamamlama işləri aparılır. Rayon mərkəzində “Saat qülləsi”nin inşası başa çatdırılmış və ətrafında abadlıq işləri aparılmışdır. Bundan əlavə Rayon Polis şöbəsinin, Föqəladə Hallar Nazirliyinin rayon şöbəsinin və Baytarlıq idarəsi üçün inzibati binalarda tamamlama işləri aparılır və yaxın vaxtlarda istifadəyə verilməsi planlaşdırılır.
2014-cü ildə də Dövlət Proqramlarına uyğun olaraq, rayonumuzun sosial-iqtisadi inkişafını davam etdirəcəyik. Daha sonra Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Regional İdarəetmə və Yerli Özünüidarəetmə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi Habil Əzənmədov çıxış etmişdir.