Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin 30 illik yubileyi ilə əlaqədar “Azərbaycan Olimpiya Odisseyası” layihəsi çərçivəsində yunan-roma güləşi üzrə iki qat dünya və Afina-2004 Yay Olimpiya Oyunlarının qalibi Fərid Mansurovla Gədəbəy gənclərinin görüşü keçirilmişdir.

05 sentyabr 2022 | 14:18
Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin 30 illik yubileyi ilə əlaqədar “Azərbaycan Olimpiya Odisseyası” layihəsi çərçivəsində yunan-roma güləşi üzrə iki qat dünya və Afina-2004 Yay Olimpiya Oyunlarının qalibi Fərid Mansurovla Gədəbəy gənclərinin görüşü keçirilmişdir. Görüşdə Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı Orxan Mürsəlov və idmançılar iştirak etmişdir.
Tədbir öncəsi Rayon İcra Hakimiyyətinin başçısı Orxan Mürsəlov və Olimpiya çempionu Fərid Mansurov Ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoymuş və Heydər Əliyev Mərkəzində Ulu öndərin həyat və fəaliyyətinə həsr edilmiş muzeyə baxış keçirmişlər.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlamışdır.
Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı Orxan Mürsəlov çıxış edərək qonaqları salamlamış, ölkəmizdə idmanın inkişafı istiqamətində həyata keçirilmiş islahatlar barədə iştirakçılara məlumat vermişdir.
Sonra Milli Olimpiya Komitəsi tərəfindən hazırlanmış yunan-roma güləşi üzrə iki qat dünya və Afina-2004 Yay Olimpiya Oyunlarının qalibi Fərid Mansurov haqqında “Cəngavər Fərid Mansurov” filmi nümayiş edildi.
Yunan-roma güləşi üzrə iki qat dünya və Afina-2004 Yay Olimpiya Oyunlarının qalibi Fərid Mansurov çıxış edərək öz həyat yolu haqqında iştirakçılara məlumat vermiş və onlara uğur qazanmaqları istiqamətində bir sıra tövsiyyələrini bildirmişdir.
Sonda Rayon İcra Hakimiyyətinin başçısı Orxan Mürsəlov və yunan-roma güləşi üzrə iki qat dünya və Afina-2004 Yay Olimpiya Oyunlarının qalibi Fərid Mansurov tədbir iştirakçıları ilə xatirə şəkli çəkdirdilər.
Keçidlər