Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Habil Əzənmədovun və Gədəbəy rayon İcra Hakimiyyəti başçıs Ramiz Yediyarovun iştirakı ilə 16 iyul 2014-cü il tarixdə rayonun mədəniyyət evində gənclərlə görüşü keçirilmişdir.

16 iyul 2014 | 15:00

Tədbiri giriş nitqi ilə açan Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı R.Yediyarov gəncləri salamlayaraq bu qəbildən olan tədbirlərin artıq ənənə halını aldığını qeyd etdi. Ölkəmizdə həyata keçirilən gənclər siyasəti Azərbaycan gəncliyinin hərtərəfli inkişafına və ictimai-siyasi həyatda fəal iştirakının təmin olunmasına yönəldiyini vurğulayaraq Ulu Öndərin əsasını qoyduğu bu siyasətin hazırda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini söylədi.   
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Habil Əzənmədov   ölkəmizdə vətənpərvər, savadlı, yenilikçi gənclərin olduğunu qeyd etdi və   Azərbaycanda dövlət səviyyəsində gənclərlə bağlı bir sıra proqramların və layihələrin həyata keçirildiyini nəzərə çatdırdı. 2005-ci il avqust ayının 30-da "Azərbaycan Gəncliyi Dövlət Proqramının təsdiq edilməsi haqqında" Sərəncam, Prezidentin təşəbbüsü ilə 2007-ci ilin "Gənclər ili" elan edilməsi, "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı", "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramı və digər bu kimi layihələr dövlətimizin gəncliyə diqqət və qayğısını əks etdirən bariz nümunələr olaraq dəyərləndirdi.
  Sonra  çıxış edən   gənclər onlara göstərilən hərtərəfli diqqət və qayğıya görə ölkə   rəhbərliyinə öz minnətdarlıqlarını bildirdilər. Görülən tədbirlərin nəticəsində bu gün hər bir yaradıcı və istedadlı, savadlı gənclər üçün hər bir şərait yaradıldığı  qeyd edildi.

Keçidlər