Şriftin ölçüsü :

Saytın rəngi :

Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı Orxan Mürsəlovun rəhbərliyi ilə rayonun hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilat rəhbərlərinin, RİH başçısının inzibati ərazi dairəsi üzrə nümayədələrinin, həmçinin bələdiyyə sədrlərinin iştirakı ilə iclas keçirilmişdir.

25 avqust 2022 | 09:06

Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı Orxan Mürsəlovun rəhbərliyi ilə rayonun hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilat rəhbərlərinin, RİH başçısının inzibati ərazi dairəsi üzrə nümayədələrinin, həmçinin bələdiyyə sədrlərinin iştirakı ilə iclas keçirilmişdir. İclasda qanunsuz tikintilərin aparılması, dövlət və bələdiyyə torpaqlarından icarəyə verilmədən faktiki olaraq istifadə edilməsi, qeyd olunan məsələlərə məsul şəxslər tərəfindən nəzarət işinin aşağı olması müzakirə edilmiş, bu kimi məsələlərin və sakinləri narahat edən problemlərin həlli ilə bağlı operativ şəkildə müvafiq təxirəsalınmaz tədbirlər görülməsi üçün tapşırıqlar verilmişdir.

Keçidlər