Gədəbəy rayonu İcra Hakimiyyəti Başçısı yanında Şura iclası keçirildi.
Şura iclasını giriş sözü ilə açan Gədəbəy rayonu İcra hakimiyyətinin başçısı Ramiz Yediyarov gündəlikdə duran məsələlər haqqında ümumi məlumat verdi. İclasın gündəliyinə Gədəbəy rayonunun ərazisində yerləşən Meşə zolaqlarını qorunub saxlanılması və “Kənd təsərrüfatı istehsalçılarına əkin sahəsinin aqrotexniki qaydada becərilməsində istifadə etdiyi yanacaq motor yağlarına görə Dövlət büdcəsinin vəsaiti hesabına yardımın verilməsi qaydaları”nın Kənd Ərazi Komissiyaları tərəfindən tələb olunan şəkildə həyata keçirilməsinin icra vəziyyəti haqqında məsələlər daxil edilmişdir. Gündəlikdə duran məsələlər ətrafında müvafiq olaraq rayon İcra hakimiyyəti başçısının birinci müavini Qüdrət Paşayev, hüquq şöbəsinin müdiri Zülfüqar İsgəndərov çıxış etdilər. Sonra RİH başçısı Ramiz Yediyarov müvafiq təşkilat rəhbərlərinə mövcud nöqsanların tezliklə aradan qaldırılması barədə tapşırıqlar verdi.