Şriftin ölçüsü :

Saytın rəngi :

Gədəbəy rayonunda Vətən müharibəsi şəhidi Şəhriyar Hacıyevin doğum günündə məzarı ziyarət olunub

02 avqust 2022 | 16:03

Vətən müharibəsində, Qarabağ adlı haqq savaşında qəhrəmancasına şəhid olan igid oğullarımızdan biri də Hacıyev Şəhriyar Şahlar oğludur.
Cənab Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın şəhidlərimizə, şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə, onların ailələrinə göstərdikləri diqqət və qayğı respublikamızın hər yerində olduğu kimi, Gədəbəydə də hər zaman örnək götürülür.
Rayon rəhbərliyinin tapşırığına əsasən bu gün 23 yaşını qeyd etdiyimiz Şəhriyar Hacıyevin xatirəsi  yad olunub.
Gədəbəy Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən Natiq Nağıyev, Gədəbəy Rayon İcra Hakimiyyəti başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Zeynalabdiyev Elçin Musa oğlu, YAP rayon təşkilatının sədri Rüstəm Nağıyev və digər qonaqlar Novoivanovka kəndində olub, şəhidimizin doğum günündə ailə üzvləri ilə birlikdə məzarını ziyarət edərək tər qərənfillər düzüb, igid Vətən oğlunun əziz xatirəsini dərin ehtiramla yad ediblər.
Natiq Nağıyev Vətən uğrunda canından keçən şəhidimizə Allahdan rəhmət, ailəsinə səbir diləyib.
Vətən müharibəsində iştirak edərək canından keçən bütün şəhidlərimizin, o cümlədən də Şəhriyar Hacıyevin  əziz xatirəsini dərin ehtiramla yad edir, ruhu qarşısında baş əyirik. Nə qədər ki, Azərbaycan dövləti və xalqı var, Şəhriyar kimi oğullarımız daim bizim qəlbimizdə yaşayacaq, xatirələri hər zaman əziz tutulacaq.
Qeyd edək ki, Müharibədə qəhrəmanlıq göstərən şəhid Şəhriyar Hacıyev ölümündən sonra cənab Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Vətən uğrunda”  medalı ilə təltif olunmuşdur.

Keçidlər