"Azəriqaz"ın baş direktoru Gədəbəydə vətəndaşları qəbul edib
01 avqust 2022 | 09:56
SOCAR “Azəriqaz" İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev bu gün mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərinin qəbul qrafikinə uyğun olaraq Gədəbəy Heydər Əliyev Mərkəzində Gədəbəy və Şəmkir rayon sakinləri ilə görüş keçirib
Qəbulda Birlik rəhbəri ilə yanaşı, Şəmkir Regional qaz istismarı İdarəsinin (Şəmkir RQİİ), Gədəbəy xidmət sahəsinin rəhbər şəxsləri iştirak ediblər..
"Azəriqaz" İB-nin baş direktoru Ruslan Əliyev 29 sakinin qaz təsərrüfatına dair problem və təklifini dinləyib. Daxil olan bütün müraciətlər qeydiyyata alınaraq nəzarətə götürülüb.