Gədəbəy rayonunda qanvermə aksiyası keçirilib
29.07.2022-ci il tarixdə talasemiyalı və hemofiliyalı xəstələrə yardım məqsədi ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə B.Eyvazov adına Hematologiya Transfuziologiya İnsitutunun nəzdində fəaliyyət göstərən Mərkəzi Qan Bankının nümayəndələrinin iştirakı ilə Gədəbəy rayonunda qanvermə aksiyası keçirilib. Rayon Mərkəzi Xəstəxanasında keçirilən aksiyada ümumilikdə 450 nəfər qanvermək üçün müraciət edib. Onlardan qan götürülməsi mümkün olan 90 nəfərdən qan götürülmüşdür.
Qeyd edək ki, Milli Hematologiya və Transfuziologiya Mərkəzi tərəfindən ezam olunmuş xüsusi tibb briqadasının həkim-hemotoloqları hər bir donordan qan analizi götürərək onların sağlamlığını öncədən müəyyənləşdirmişdir.
Səhhəti imkan verən hər bir vətəndaşımızı birlik və həmrəylik nümayiş etdirərək, bu nəcib və humanist xarakterli aksiyaya qoşulmağa və qanverməyə dəvət edir, qan verərək həyat qurtaran hər kəsə minnətdarlığımızı bildiririk.