Şriftin ölçüsü :

Saytın rəngi :

Gədəbəydə növbəti səyyar qəbul Poladlı kəndində keçirilib.

27 iyul 2022 | 09:10
Gədəbəydə növbəti səyyar qəbul Poladlı kəndində keçirilib.
Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısının səlahiyyətlərini icra edən Natiq Nağıyev vətəndaşların təkliflərini, müraciətlərini və mövcud problemlərini yerindəcə öyrənib həllini sürətləndirmək məqsədilə öncədən təsdiq olunmuş
qrafikə uyğun olaraq iyul ayının 27-də Poladlı kəndində səyyar qəbul keçirib.
Görüşdən öncə Natiq Nağıyev Poladlı kəndinin şəhidləri Cəfərov İrəddin Firudin oğlu və Paşayev Firdovsi Afiq oğlunun ailə üzvləri ilə yaxından söhbət edib, qayğı və problemləri ilə yaxından maraqlanıb.
Qəbulda RİH-nin məsul əməkdaşları, aidiyyəti idarə, müəssisə, təşkilat və xidmət sahələrinin rəhbərləri və kənd sakinləri iştirak ediblər.
Rayon rəhbəri vətəndaşların müraciətləri, istək və təklifləri dinləyib, sakinlərlə kəndin ümumi problemlərini müzakirə edib.
Səyyar qəbulda sakinlərin səsləndirdikləri məsələlər məsul şəxslərin iştirakı ilə müvafiq qaydada araşdırılaraq həlli ilə bağlı tədbirlər müəyyənləşdirilib. Həlli vaxt tələb edən məsələlər nəzarətə götürülməklə aidiyyəti təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verilib.
Keçidlər