Şriftin ölçüsü :

Saytın rəngi :

Gədəbəydə Vətən Müharibəsi qazisinin toy mərasimi keçirilib.

26 iyul 2022 | 12:38

25.07.2022-ci il tarixində Gədəbəy rayon İcra Hakimiyyətinin başçısının səlahiyyətlərini icra edən Natiq Nağıyev,  YAP rayon təşkilatının sədri Rüstəm Nağıyev, hüquq-mühafizə orqanlarının rəhbərləri, İdarə, müəssisə, təşkilat rəhbərləri, qazilər və müharibə veteranları ilə birlikdə rayonunun Arıqıran kənd sakini, 3-cü qrup Vətən Müharibəsi Əlili Abdullayev Sərvan Səxavət oğlunun toy mərasimində iştirak ediblər.

Abdullayev Sərvan Hadrut, Suqovuşan, Talışkənd və Laçın rayonunun işğaldan azad edilməsi  uğrunda gedən döyüşlərdə iştirak edib. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin Sərəncamı ilə “Cəsur döyüşçü”, “Vətən müharibəsi iştirakçısı” və  “Laçının azad olunmasına görə” medalları ilə təltif olunub. Onun 44 günlük Vətən müharibəsində göstərdiyi döyüş sücaətlərindən danışan Natiq Nağıyev Sərvanın öz Vətənini, torpaqlarımızın ərazi bütövlüyünü qəhrəmanlıqla qoruduğu kimi yaxşı da ailə başçısı olacağını bildirib, “Vətəninin, torpağının qədrini bilən oğullar həmdə yaxşı oğul, yaxşı qardaş, yaxşı ömür-gün yoldaşıdır” deyib.

Natiq Nağıyev gəncləri təbrik edərək, qazilərə can sağlığı, şəhidlərə Ulu Tanrıdan rəhmət diləyib, şəhid analarının əlindən öpdüyünü, qarşılarında baş əydiyini bildirib.

Rayon rəhbəri dövlət başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın daim şəhid və qazi ailələrinə, müharibə veteranlarının problemlərinə diqqət və qayğı ilə yanaşdıqlarını və möhtərəm Prezidentin bütün dövlət qurumlarının qarşısında bu həssas təbəqəyə aid olan insanların problemlərinin həllini bir nömrəli vəzifə kimi müəyyən etdiyini vurğulayıb. Şəhid və qazilərə göstərilən diqqət və qayğının dövlət siyasətinin prioritlərindən olduğunu bildirib.

Toy şənliyində digər çıxış edənlər də yeni ailə quran qazini təbrik edib, ona xoş arzularını çatdırıblar.

Onların qazilərlə birgə rəqsi, rayonda Şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğı hər kəsi qürurlandırıb.

Keçidlər