İyulun 2- də Gədəbəy rayonunda “2 iyul – Polis işçilərinin peşə bayramı” günü münasibətilə tədbir keçirilmişdir.
Tədbir iştirakçıları İlk öncə Ulu Öndər Heydər Əliyevin abidəsi önünə tər gül-çiçək dəstələri düzmüş, ona hörmət və ehtiramlarını ifadə etmişlər.
Tədbirdə çıxış edən Gədəbəy rayon İcra Hakimiyyətinin Başçısının müavini Vüsal Musayev 2 iyul-Polis işçilərinin peşə bayramı günü münasibəti ilə bütün polis işçilərini təbrik etmişdir.
Qeyd etmişdir ki, Azərbaycan polisi uzun, tarixi və şərəfli bir yol keçmiş, Daxili İşlər Orqanının müstəqil dövlətimizə uyğun formalaşmasında xalqımızın ümummilli lideri, ulu öndər Heydər Əliyevin müstəsna rolu olub. Bu gün də Hörmətli Prezidentimiz İlham Əliyev də polis işçilərinə həmişə diqqət və qayğıkeşliklə yanaşır. Bu da polislərimizin məsuliyyət hissini artırır, daha yaxşı xidmət göstərmək həvəslərini yüksəldir.
Tədbirin sonunda Gədəbəy Rayon İcra Hakimiyyəti tərəfindən xidmətdə fərqlənən bir neçə polis işçisinə Fəxri Fərmanlar və qiymətli hədiyyələr təqdim edilmişdir.