Şriftin ölçüsü :

Saytın rəngi :

Vətəndaşlar müraciətlərinə əsasən fərdi şəkildə qəbul edilib

22 iyul 2022 | 12:50

RİH başçısının səlahiyyətlərini icra edən Natiq Nağıyev rayon sakinlərini fərdi qaydada qəbul edərək onları narahat edən məsələlərlə yaxından tanış olub, müraciət və təkliflərini dinləyib.

Vətəndaşlar tərəfindən qaldırılan məsələlərin bir qismi yerində həll olunub, araşdırılmasına ehtiyac olan müraciətlər nəzarətə götürülüb. Vətəndaşlar müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını ifadə edərək göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.

Keçidlər