Gədəbəydə növbəti səyyar qəbul keçirilib.
Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısının səlahiyyətlərini icra edən Natiq Nağıyev vətəndaşların təkliflərini, müraciətlərini və mövcud problemlərini yerindəcə öyrənib həllini sürətləndirmək məqsədilə öncədən təsdiq olunmuş qrafikə uyğun olaraq iyul ayının 20-də Hacılar kəndində səyyar qəbul keçirib.
Qəbulda RİH-nin məsul əməkdaşları, aidiyyəti idarə, müəssisə, təşkilat və xidmət sahələrinin rəhbərləri və kənd sakinləri iştirak ediblər.
Rayon rəhbəri vətəndaşların müraciətləri, istək və təklifləri dinləyib, sakinlərlə kəndin ümumi problemlərini müzakirə edib.
Səyyar qəbulda sakinlərin səsləndirdikləri məsələlər məsul şəxslərin iştirakı ilə müvafiq qaydada araşdırılaraq həlli ilə bağlı tədbirlər müəyyənləşdirilib. Həlli vaxt tələb edən məsələlər nəzarətə götürülməklə aidiyyəti təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verilib.