Növbəti səyyar qəbul rayonunun Qoşabulaq kəndində keçirilib.
Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısının səlahiyyətlərini icra edən Natiq Nağıyev vətəndaşların təkliflərini, müraciətlərini və mövcud problemlərini yerindəcə öyrənib həllini sürətləndirmək məqsədilə öncədən təsdiq olunmuş qrafikə uyğun olaraq iyul ayının 13-də Qoşabulaq kəndində səyyar qəbul keçirib.
Görüşdən öncə Natiq Nağıyev Qoşabulaq kəndinin Vətən müharibəsi şəhidləri Əsgərov Hüseyn Ramiz oğlu və Quliyev Nofəl İlham oğlunun ailə üzvləri ilə yaxından söhbət edib, qayğı və problemləri ilə yaxından maraqlanıb.
Qəbulda RİH-nin məsul əməkdaşları, aidiyyəti idarə, müəssisə, təşkilat və xidmət sahələrinin rəhbərləri və kənd sakinləri iştirak ediblər.
Natiq Nağıyev ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq tapşırıqlarına uyğun olaraq Gədəbəy rayonunda görülən işlər barədə sakinlərə məlumat verib. Bildirib ki, bütün bu tədbirlər əhalinin rahatlığının təminatına, güzəranının yaxşılaşdırılmasına xidmət edir və görülən bu məqsədyönlü işlər bundan sonra da davamlı olacaqdır.
Daha sonra vətəndaşların müraciətləri, istək və təklifləri dinlənilib, sakinlərlə kəndin ümumi problemləri müzakirə olunub.
Səyyar qəbulda vətəndaşların müraciətləri nəzarətə götürülüb və onların həlli ilə bağlı rayon rəhbəri tərəfindən aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıqlar verilib.