Şriftin ölçüsü :

Saytın rəngi :

Gədəbəydə Səyyar “ASAN xidmət” fəaliyyətə başlayıb.

07 iyul 2022 | 12:23

İyulun 05-dən həftənin 5 iş günü, saat 10-00-dan 18-00-dək səyyar “ASAN xidmət” avtobusu Gədəbəy şəhəri Heydər Əliyev Mərkəzinin qarşısında sakinlərə xidmət göstərməyə başlayıb.

Xidmətlər Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət Sosial Müdafiə Fondu və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur. Xidmətlərə vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, əmək pensiyalarının təyin edilməsi, mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi, torpaq üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışın, həmin torpaq sahəsinin planının və ölçüsünün verilməsi, daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi, fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi, bank xidməti (dövlət rüsumlarının və xidmət haqlarının qəbulu), tibb xidməti daxildir.

Səyyar “ASAN xidmət”in həyata keçirilməsinin əsas məqsədləri dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin edilməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır.

Gədəbəy Rayon İcra Hakimiyyəti tərəfindən səyyar “ASAN xidmət”in təşkili üçün bütün texniki köməklik göstərilmişdir. Səyyar “ASAN xidmət”in rayonda fəaliyyəti 30.07.2022-ci il tarixədək davam edəcəkdir. 

Xidmətdən yararlanan hər bir Gədəbəy rayon sakini belə bir şəraitin yaradılmasına görə Prezident cənab İlham Əliyevə minnətdarlıqlarını bildirir.

Keçidlər