Şriftin ölçüsü :

Saytın rəngi :

Qurban bayramı ilə əlaqədar Rayon ərazisində qida təhlükəsizliyi tədbirlərinin yerinə yetirilməsi ilə bağlı işçi qrupunun iclası keçirilmişdir.

05 iyul 2022 | 17:28

05 iyul 2022-ci il tarixində Qurban bayramı ilə əlaqədar Rayon ərazisində qida təhlükəsizliyi tədbirlərinin yerinə yetirilməsi ilə bağlı işçi qrupunun iclası keçirilmişdir. İclası RİH başçısının səlahiyyətlərini icra edən Natiq Nağıyev giriş sözü ilə açaraq, Qurban bayramında qanunvericiliyə və qida təhlükəsizliyi tələblərinə uyğun olaraq təşkil edilməsi üçün tapşırıqlar vermişdir.

İclasda Qurban bayramı günlərində vətəndaşlar və sahibkarlıq subyektləri tərəfindən qurbanlıq qoyunların kəsilməsi Qida Təhlükəsizliyi Agentliyinin qeydiyyatdan keçmiş loqistik şəraitə malik kəsim məntəqəsində aparılması, qurbanlıq heyvanların diri halda satışının təşkili üçün satış düşərgələrinin yaradılması, müəyyən edilmiş yerlərdə profilaktik dezinfeksiya tədbirlərinin görülməsi, ictimai yerlərdə qurbanlıq heyvanların icazəsiz kəsilməsinin, satışının təşkilinə və kütləvi daşınmasına yol verilməməsi ilə bağlı fikirlər səslədirilmişdir.

Keçidlər