26 iyun BMT-nin “Narkotiklərlə Mübarizə Günü” ilə əlaqədar Gədəbəy rayon Aşıq musiqi məktəbində ümumrayon tədbiri keçirildi.
Tədbirdə,rayonun idarə və müəssisə rəhbərləri, Gədəbəy RİH Başçısının kənd İƏD üzrə nümayəndələri, məktəb direktorları və gənclər iştirak edirdilər.
Tədbiri giriş sözü ilə açan Gədəbəy RİH Başçısının birinci müavini, narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə rayon komissiyasının sədri Qüdrət Paşayev, narkomaniya, onun törətdiyi fəsadlar, Dövlət Proqramına uyğun olaraq bununla bağlı görülmüş işlər barədə ətraflı məruzə etdi.
Bu məsələ ilə bağlı rayon Təhsil Şöbəsinin müdiri Baxış Nağıyev, Akademik Zərifə Əliyeva adına Gədəbəy MRX-nın həkimi Sabir İbrahimov, Rayon Gənclər və İdman İdarəsinin rəis müavini Samir Vəliyev, Gədəbəy rayon Polis Şöbəsinin cinayət axtarış bölməsinin rəisi Nazim Əliyev geniş çıxış etdilər.
Tədbirin sonunda, rayon komissiyasının sədri Qüdrət Paşayev “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekusorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”na uyğun olaraq, qarşıda duran vəzifələr barədə ətraflı məlumat verdi.