Şriftin ölçüsü :

Saytın rəngi :

Gədəbəy Rayon İcra Hakimiyyətində vətəndaşların müraciət və təklifləri dinlənilib.

01 iyul 2022 | 11:04

Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısının səlahiyyətlərini icra edən Natiq Nağıyev növbəti dəfə vətəndaş qəbulu keçirib. Fərdi qaydada keçirilən qəbulda əvvəlcədən müraciət edən sakinlər iştirak edib.

Natiq Nağıyev rayon sakinlərini narahat edən məsələlərlə yaxından tanış olub. Səsləndirilən müraciətlərin bir qismi yerindəcə həll olunub. Araşdırılması vacib olan məsələlər isə müvafiq qurumlara yönləndirilib.

Vətəndaşlar müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını ifadə edərək göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.

Keçidlər