Şriftin ölçüsü :

Saytın rəngi :

26 İyun - Narkotik vasitələrin sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Günü ilə əlaqədar Gədəbəy rayonunda tədbir təşkil olunub.

24 iyun 2022 | 16:37

26 İyun - Narkotik vasitələrin sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Günü ilə əlaqədar Gədəbəy rayonunda tədbir təşkil olunub.

Tədbirdə RİH başçısının səlahiyyətlərini icra edən Natiq Nağıyev, RİH başçısı aparatının Hüquq Şöbəsinin müdiri, həmçinin hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların nümayəndələri iştirak etmişdir.

Çıxış edən Natiq Nağıyev tədbirin keçirilməsində əsas məqsədin narkomanlığın qarşısının alınması ilə bağlı təbliğat və maarifləndirmənin gücləndirilməsi olduğunu bildirmişdir.

Daha sonra çıxış edən məruzəçilər tərəfindən narkotik maddələrdən istifadənin risk amilləri, asudə vaxtın səmərəli təşkilinə diqqətin artırılması, narkomaniyanın fəsadlarına qarşı mübarizənin hüquqi bazası və digər məsələlər barədə ətraflı məlumat verilib və qarşıda duran məsələlər müzakirə edilmişdir.

 

Keçidlər