Gədəbəy rayonunda Azərbaycan Ordusunun yaranmasının 96 illiyi qeyd edilmişdir
İyunun 26-də Silahlı Qüvvələr Günü münasibətilə Gədəbəy rayonunda “N” saylı hərbi hissədə əsgər və zabitlərinin iştirakı ilə tədbir keçirilmişdir. Tədbirdə rayon icra hakimiyyətinin başçısı cənab Ramiz Yediyarov, “N” saylı hərbi hissənin komandiri polkovnik- leytenant Asif Fərəcov 26 İyun Silahlı Qüvvələr Günü münasibətilə tədbir iştirakçılarını və şəxsi heyəti təbrik etmiş, ulu öndər Heydər Əliyevin milli ordumuzun formalaşması, Silahlı Qüvvələrimizin gücləndirilməsi istiqamətində həyata keçirdiyi misilsiz xidmətlərindən söhbət açmışlar. Prezident İlham Əliyevin ordumuzun döyüş qabiliyyətinin yüksəldilməsinə göstərdiyi diqqət və qayğını, ordu ilə xalqın birliyini xatırlatmış, Azərbaycan Ordusunun bugünkü nailiyyətləri ilə xalqımızın qürur hissi keçirdiyini vurğulamışlar. Sonda “N” saylı hərbi hissənin kəşfiyyatçı qrupu nümunəvi çıxışlar etmişlər. Daha sonra rayon İcra hakimiyyətı başçısı və “N” saylı hərbi hissənin komandiri tərəfindən bir sırı hərbi qulluqçulara fəxri fərmanlar və hədiyyələr verilmişdir. Tədbir konsert proqramı ilə davam etditilmişdir. Bayram konsertində Vətənə və dövlətə sədaqət, hərbi xidmət barədə mahnılar ifa edilmiş, gənc əsgərlərin ifasında şən mahnılar səsləndirilmişdir.