Şriftin ölçüsü :

Saytın rəngi :

Gədəbəy rayonunda “15 iyun–Milli Qurtuluş günü” münasibətilə tədbir keçirilmişdir

13 iyun 2022 | 18:03

İyunun 13-də Gədəbəy Aşıq Məktəbində “15 iyun–Milli Qurtuluş günü” münasibətilə tədbir keçirilmişdir.

Tədbirdə RİH başçısının səlahiyyətlərini icra edən Natiq Nağıyev, YAP Gədəbəy rayon təşkilatının sədri Rüstəm Nağıyev, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilat rəhbərləri iştirak etmişdir.

Tədbir iştirakçıları öncə Ümummilli liderimiz Heydər Əliyevin abidəsini ziyarət etmiş, önünə gül-çiçək dəstələri düzmüşlər.

Tədbir Ulu Öndər Heydər Əliyevin çoxşaxəli həyat və fəaliyyətini əks etdirən video-çarxa baxmaqla başlanılmışıdr. 

Tədbirdə çıxış edən rayon İcra hakimiyyətinin başçısının səlahiyyətlərini icra edən Naiq Nağıyev, Milli Qurtuluş Gününün Azərbaycanın müstəqillik tarixinin ən şərəfli səhifələrindən biri olduğunu, bu tarixin ölkəmizin dünya birliyinə inteqrasiyası, beynəlxalq aləmdə layiqli yer tutması ilə nəticələndiyini vurğulamışdır. Natiq Nağıyev həmçinin, Ulu Öndərin Azərbaycan xalqının tarixində əvəzsiz xidmətlərindən bəhs etmiş, bu gün əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş müdrik siyasətin respublikamızda bütün sahələri əhatə edən inkişafın, beynəlxalq arenada qazanılan yüksək nailiyyətlərin hazırda Ulu Öndərin siyasi kursunun ən layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi bildirmişdir.

Tədbir rayonun tanınmış incəsənət ustalarının ifasında bayram konserti ilə davam etmişdir.

 

Keçidlər