Gədəbəydə növbəti səyyar qəbul keçirilib.
01 iyun 2022 | 10:33
Gədəbəydə növbəti səyyar qəbul keçirilib.
Vətəndaş müraciətlərinə həssaslıqla baxılması və qaldırılan məsələlərin diqqətlə araşdırılıb həllinə nail olunması ilə bağlı ölkə Prezidentinin qarşıya qoyduğu vəzifələr Gədəbəy Rayon İcra Hakimiyyəti rəhbərliyinin gündəlik fəaliyyətinin əsasını təşkil edir.
Yerlərdə vətəndaşların mövcud problemlərini öyrənib həllini sürətləndirmək məqsədilə RİH başçısının səlahiyyətlərini icra edən Natiq Nağıyevin növbəti səyyar qəbulu rayonun Arısu kəndində keçirilib.
Qəbulda RİH-nin məsul əməkdaşları, hüquq-mühafizə orqanları, aidiyyəti idarə, müəssisə, təşkilat və xidmət sahələrinin rəhbərləri iştirak ediblər.
Natiq Nağıyev son illər ölkəmizdə o cümlədən regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində Gədəbəydə aparılan abadlıq və quruculuq işləri haqqında kənd sakinlərinə məlumat verib.
Daha sonra sakinlərin təklifləri və onları narahat edən problemlər dinlənilib.
Vətəndaşların müraciətləri nəzarətə götürülüb və onların həlli ilə bağlı aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıqlar verilib.