Gədəbəydə şəhid ailələri ilə növbəti görüş keçirilib.
23 may 2022-ci il tarixdə Gədəbəy rayonunun Novosaratovka kəndində Vətən müharibəsi şəhidləri Seymur Ələsgərovun, Amin Rzayevin, Röyal Həsənovun, Orxan Teymurlunun, Rafiz Hüseynovun, Hüseyn Rzayevin, Şamxal Əlizadənin, Azər Hüseynovun və Əli Rzayevin ailə üzvləri ilə görüş keçirilib.
Görüşdə Rayon İcra Hakimiyyətinin başçısının səlahiyyətlərini icra edən Natiq Nağıyev, RİH-nin məsul şəxsləri, hüquq-mühafizə orqanlarının rəhbərləri iştirak edib.
Vətənimizin bütövlüyü və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Rayon İcra Hakimiyyətinin başçısının səlahiyyətlərini icra edən Natiq Nağıyev Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyətli rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad olunması uğrunda Vətən müharibəsində şəhid olanlara Allahdan rəhmət, qazilərimizə şəfa diləyib, belə qəhrəman övladlar yetişdirdikləri üçün ailələrinə minnətdarlığını bildirərək hər zaman onların yanlarında olduqlarını vurğulayıb.
N. Nağıyev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva tərəfindən şəhid ailələrinə, Vətən müharibəsi iştirakçılarına göstərilən diqqət və qayğının ən yüksək səviyyədə olduğunu, onların iqtisadi, sosial məsələlərinə daim diqqət və həssaslıqla yanaşıldığını bildirmiş, bu qayğının hər zaman davam edəcəyini şəhid ailələrinə çatdırmışdır.
Daha sonra şəhid ailələrinin problemləri və onları narahat edən məslələr dinlənilib. Səslənən müraciətlər arasında şəhid adlarının əbədiləşdirilməsi, xatirə lövhələrinin düzəldilməsi və bir sıra digər məsələlər yer alıb. Əksər müraciətlər yerindəcə öz həllini tapıb.
Görüşün sonunda şəhid ailələri onlara göstərilən diqqət və qayğıya görə ölkə başçsı cənab İlham Əliyevə və Birinci vitse-prezident, çox hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.