Şriftin ölçüsü :

Saytın rəngi :

Gədəbəy Rayon İcra Hakimiyyətində vətəndaşlar qəbul edilib, problem və müraciətləri dinlənilib.

20 may 2022 | 11:11

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin, yerlərdə vətəndaş müraciətlərinə obyektiv və operativ baxılması, vətəndaş məmnunluğunun təmin edilməsi ilə bağlı müvafiq Sərəncam və tapşırıqlarına uyğun olaraq, həmçinin bu istiqamətdə dövlət siyasətini əsas tutaraq Gədəbəy Rayon İcra Hakimiyyətində vətəndaşların növbəti qəbulu keçirilib, onların problem və müraciətləri dinlənilib.

Qəbul zamanı vətəndaşlar tərəfindən edilən müraciətlərdən Rayon İcra Hakimiyyətinin səlahiyyətləri çərçivəsində həlli mümkün məsələlərin yerində obyektiv araşdırılması və operativ həlli ilə bağlı Rayon İcra Hakimiyyətinin başçısının səlahiyyətlərini icra edən Natiq Nağıyev tərəfindən aidiyyəti üzrə tapşırıq və tövsiyələr verilib.

 

Keçidlər