Alnabat kəndində səyyar görüş keçirilib.
Görüşdə Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısının səlahiyyətlərini icra edən Natiq Nağıyev, RİH məsul şəxsləri, idarə, müəssisə və təşkilatların rəhbərləri və kənd sakinləri iştirak edib.
Görüş iştirakçıları əvvəlcə şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edib.
Daha sonra sakinlərin fərdi qaydada müraciət və təklifləri dinlənilib. Vətəndaşlar Kiçik Qaramurad-Əyrəvəng avtomobil yolunun asfaltlaşdırılması, elektrik təsərrüfatının yenilənməsi və şəxsi məsələlərlə bağlı müraciətlərini səsləndiriblər
Rayon İcra Hakimiyyətinin başçısının səlahiyyətlərini icra edən Natiq Nağıyev kənd sakinlərinin arzu və təkliflərini həssaslıqla dinləyərək, onları narahat edən problemlərin aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlarını verib. Bir çox müraciətlər yerindəcə həll edilib.
Sakinlər əhalinin problemlərinin həll edilməsi məqsədilə yerlərdə həyata keçirilən tədbirlərə, göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.