Şriftin ölçüsü :

Saytın rəngi :

Bu gün müasir Azərbaycanın memarı və qurucusu, Ümummilli Lider Heydər Əliyevin anadan olmasından 99 il ötür

10 may 2022 | 11:25

Gədəbəydə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99 illik yubileyi münasibətilə keçirilən tədbirə dahi şəxsiyyətin Gədəbəy şəhərindəki abidəsini ziyarət etməklə başlanıldı.

Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısının səlahiyyətlərini icra edən Natiq Nağıyev, icra hakimiyyətinin nümayəndələri, rayonun hüquq mühafizə orqanlarının, YAP-ın Gədəbəy rayon təşkilatının rəhbər şəxsləri, idarə, müəssisə və təşkilat rəhbərləri, rayon sakinləri və ictimaiyyət nümayəndələri Ulu öndərin abidəsi önünə gül dəstələri qoyaraq əziz xatirəsini ehtiramla yad etdilər.

Daha sonra Heydər Əliyev Mərkəzində dahi rəhbərin həyat və fəaliyyətinə həsr olunmuş sərgiyə və filmə baxış keçirilib.

Qeyd edək ki, müasir Azərbaycanın memarı və qurucusu, dünya şöhrətli siyasətçi Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da Naxçıvan şəhərində anadan olub.

Hər il xalqımız tərəfindən Ulu öndərin doğum günü ölkəmizdə geniş qeyd olunur, dahi şəxsiyyətin xalqımız qarşısındakı əvəzsiz xidmətləri bir daha xatırlanır.

Bu münasibətlə Gədəbəy rayonunda da silisə tədbirlər keçirilir, görkəmli şəxsiyyətin siyasi irsi öyrənilir və keçdiyi şanlı həyat yoluna nəzər salınır.

Keçidlər