Şriftin ölçüsü :

Saytın rəngi :

Vətəndaşların problemlərinin yerində öyrənilməsi məqsədilə səyyar qəbullar davam etdirilir

27 aprel 2022 | 11:00

Rayon İcra Hakimiyyətinin başçısınınvəzifəsini icra edən Natiq Nağıyevin vətəndaşlarla növbəti səyyar görüşü Gədəbəy rayonunun Arıqıran kəndində keçirilib. Səyyar görüşdə hüquq-mühafizə orqanları, idarə, müəssisə və təşkilat rəhbərləri iştirak ediblər.

Görüşdə vətəndaşlar tərəfindən kənddə həkim məntəqəsinin tikilməsi, elektrik  təchizatının yaxşılaşdırılması, asfalt örtüyünün çəkilməsi ilə bağlı xahiş və təkliflər səsləndirilib, həmçinin bir sıra yerli əhəmiyyətli məsələlərin həlli qaldırılıb.

Vətəndaşların müraciətləri nəzarətə götürülüb və onların həlli ilə bağlı rayon rəhbəri tərəfindən aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıqlar verilib.

Keçidlər